Üç yaşlı uşaq iki yaşlı bacısını GÜLLƏLƏDİ  

14:16 23.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Florida polisi faciəvi olayı araşdırır. Üç yaşlı oğlan evlərində divanda gizlədilmiş tapança ilə bacısına atəş açıb. 

Hafta.az The Hill nəşrinə istinadla xəbər verir ki, hadisənin iki şahidi 23 yaşlı Kevonte Uilson və 23 yaşlı Rodderik Heyns polisə ifadələrində bildiriblər ki, oğlan tapançanı tapıb bacısını güllələyəndə Leyklenddə evlərində basketbol maçına baxırdılar.

Olaydan sonra onlar qızı xəstəxanaya çatdırmaq istəsələr də yolda qəzaya düşüblər. Bununla belə, xəstəxanaya çatdırılan qız uşağının vəziyyəti ağır olaraq qalır. Silahın Uilsona aid olduğu aşkarlanıb və o, qeyri-qanuni silah saxlamaq maddəsi ilə həbs edilib.